Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olub. Ötən il iyulun 23-də vəzifəsindən geri çağırılıb.

V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.