İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək.
Yaranan hər hansı sualla bağlı FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.