Martın 12-si saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Bu barədə Elxeber.com-a Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.
Şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.