Ölkə ərazisində sentyabrın 7-də gözlənilən hava şərati ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən proqnoza görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19°, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18°, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 20-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.