Noyabrın 18-nə olan hava məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Elxeber.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 16, Quba, Gədəbəydə 10, Qusar, Şəkidə 6, Ordubad, Xaltan, Şahdağda 5, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2, Qrızda 1 santimetr olub.

Ağdam, Şamaxı, Qobustan, Qrızda duman müşahidə olunub.

Noyabrın 17-də şimal-qərb küləyi arabir Ağdamda 25 metr/saniyə, Tovuz, Neftçalada 20 metr/saniyə, Naftalan, Ceyrançöl, Astara, Lənkəranda 18 metr/saniyə, Göygöldə 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 28 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək isti, Aran rayonlarında 21 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.