Ölkə ərazsində sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° isti olacaq. Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı,
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta,
gündüz 3-8° isti olacaq.

Xidmətdən o da bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı gündüzdən 7-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 6-7-də qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.