Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Nəticədə ətrafı su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
Qəza nəticəsində xəttə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib ki, ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər.
Onun sözlərinə görə, qəza səbəbindən ətraf ərazidə bir metr dərinliyində su tutarı yaranıb.