Mütəxəssislər yeni başlayan günün daha yaxşı keşməsi üçün bir sıra ritualları yerinə yetirməyi tövsiyə edir.

Elxəbər.com səhər təlaşına başlamazdan əvvəl özümüzü daha yaxşı hiss etməyimizə səbəb olacaq hərəkətləri təqdim edir.

1. Gün ərzində hiss etmədən üz əzələlərimizi tez-tez sıxır, gərginləşdiririk.  Bundan başqa, gecələr diş qıcama problemi olan insanların çənə əzələləri çox yüklənir. Bu problemin aradan qaldırılmasında üz masajının faydası bizə kömək edə bilər. 

Ağzımızı açıb-yummaq, hətta ovuclarımızla yanaqlarınıza yumşaq təzyiq göstərmək üzdə yaranan gərginliyi aradan qaldırmaq üçün yaxşı təsir edir. Üzünüzdə qan dövranını təmin etmək üçün üzünüzü, o cümlədən gözlərinizin altınə yumşaq bir şəkildə masaj edin. Beləliklə, günə qan dövranınızı təmin edərək başlayacaqsınız.

2. Bədəninizi, eləcə də zehninizi oyandıracaq sadə hərəkətlər həm oynaqlarınızı, həm də onları hərəkət etdirən əzələləri günün tempinə hazırlayır. Əllərinizi və ayaqlarınızı dairələr şəklində çevirin, onurğanızı aktivləşdirin və yavaş-yavaş yuxarı çəkin. Yataqdan qalxmadan edəcəyiniz sadə hərəkətlər belə, həm qan dövranını artırmaq, həm də bədəninizin elastikliyi üçün çox faydalıdır. Bu hərəkətlər zamanla bədən tarazlığını yaxşılaşdırmağa kömək edəcək.

3. Bir çoxlarımız səhər yuxudan duran kimi tez telefonu əlimizə alırıq. Bu vərdişə bir az ara vermək, bir neçə dəqiqə özümüzə qulaq asmaq, günlük hədəflərimizi təyin etmək daha faydalıdır. Yalnız bu prosesdən sonra telefonu götürdükdə özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz.

4. At qılından hazırlanmış fırça ilə bədəninzi masaj edin. Bu qan dövranını yaxşılaşdırır və limfa drenajını təşviq edir.

Quru fırçalama dərinizi daha hamar etməklə yanaşı, zamanla selülitinizdə nəzərəçarpacaq dərəcədə azalma təmin edir. Hamar və nəmlənmiş dəri üçün quru fırçalamadan sonra duş qəbul etmək və nəmləndirici istifadə etmək vacibdir.

5. Dişlərinizi fırçalamadan və ya hər hansı bir şey yemədən əvvəl günə yağlı ağız qarqarası ilə başlayın. Daha əvvəl bunu eşitməyə bilərsiniz, amma bu üsul diş ətinizdə yığılmış bakteriyaları aradan qaldırmağa kömək edir. Ənənəvi olaraq küncüt yağı istifadə olunsa da, rəfinə olunmayan kokos yağına da üstünlük vermək olar. Bunu ağız qarqarası kimi düşünün, ağzınıza, dişlərinizin arasına, dilinizə, diş ətinizə bir qaşıq yağı sürtün... Sonra ağzınızı su ilə yaxalayın. Bunu 20 dəqiqə etmək tövsiyə edilsə də, bu vaxtı ayırmaq hər kəs üçün real olmaya bilər. Bununla belə, səhər hazırlıqlarınıza 2-3 dəqiqəlik yağ çəkmə prosedurunu əlavə etməyi sınamağa dəyər.

6. Səhərin təlaşında üz maskası etmək yuxu kimi görünə bilər. Ancaq həftədə bir dəfə tətbiq edəcəyiniz maska ​​üçün səhər saatlarını seçmək günə canlı dəri ilə başlamanıza imkan yaradacaq. Gecə edəcəyiniz hazırlıqlar vaxtınıza qənaət edə bilər. Üz maskası hazırlamaq üçün konkret gün seçərək həmin günə bir az rəng qata bilərsiniz. Sadəcə diqqətli olmalısınız ki, istifadə etdiyiniz maskanın tərkibində alfa hidroksil turşuları və ya yüksək dozada C vitamini kimi dərini günəşdə həssaslaşdıran maddələr olmasın. Soyuq havalarda nəmləndirici maska ​​dərinizi xarici təsirlərə hazırlayır.

7. Günə meditasiya ilə başlamaq və daxili aləmə bir neçə dəqiqəlik dönüş günə gözəl başlamağa kömək edir; Bu, diqqətinizi həyatınızda daha çox görmək istədiyiniz şeylərə cəmləməyə imkan verir - xeyirxahlıq, səbir, sevgi, sağlamlıq. Səhər meditasiyası həm də əvvəlki gündən olan zehni yorğunluğu aradan qaldıraraq günə təzə ağılla başlamağa kömək edir. 

8. Yarım limonun suyu qatılmış bir stəkan suyun çox faydası var. Yuxudan oyandıqdan dərhal sonra bu suyu içmək maddələr mübadiləsini tezləşdirir, həzmə kömək edir. Tərləmə və tənəffüslə itirilən suyun yerini doldurmaq üçün mükəmməldir. Zamanla C vitamininin müntəzəm qəbulu dərinin və gözlərin parlaqlaşmasına kömək edəcək. Mədə probleminiz varsa, ehtiyatla istehlak olunmalıdır. Limon suyunu sıxmaq yerinə meyvəni axşamdan suqabına dilimləməklə də suyunuzu hazırlaya bilərsiniz. 

9. Nəhayət, bu hərəkətlərdən sonra telefonu götürüb orada gördüyünüz mənalı və gözəl sözləri, şəkilləri  yaddaşda saxlmaqla bir gündəlik yarada bilərsiniz. Bunlar qısa və uzun müddətli müəyyən məqsədlərə doğru istiqamətlənməkdə sizə dəstək olacaq mənəvi və motivasiya mənbəyi ola, vizual bir ziyafətə çevrilə bilər.