"Bakıda yeni il axşamı qar müşahidə edilməsinə nadir rast gəlinir. Son 20 ildə cəmi dörd dəfə bu hadisə qeydə alınıb: 2007, 2009, 2012, 2016-cı illərdə. Yeni il axşamı Bakıda ən soyuq hava 2009-cu ildə qeydə alınıb. Həmin gün 2 dərəcə şaxta müşahidə edilib və 14 santimetr qar örtüyü əmələ gəlib".

Elxəbər.com-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, qaşıdan gələn yeni il axşamı da Bakıda qar gözlənilmir: "Dekabrın 31-dən 1-nə keçən gecə sabit hava şəraiti müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, sürəti günorta saatlarında artacaq. Havanın temperaturu 7-10 dərəcə isti olacaq".