Yeni ilin ilk günündə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Elxəbər.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 1-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.