Alimlər müəyyən ediblər ki, ürək xəstələrində görülən yuxusuzluq problemi infarkt riskini 16 faiz artırır. Mütəxəssislər yuxusuzluğun müalicəsinin infarkt riskini azaldacağını bildirir.
Türkiyə mətbuatının yazdığına görə, alimlər təxminən 4 il ərzində ürək xəstəliyi olan 1068 ürək xəstəsinin məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Araşdırmaçılar belə hesab edir ki, yuxu problemi ürək xəstələrində təkrarlanan ürək xəstəliklərini tətikləyir. 

Qeyd edək ki, tədqiqatda yuxusuzluq ürək xəstələrində siqaret və oturaq həyat tərzindən sonra üçüncü ən böyük risk faktoru olaraq ön plana çıxıb.

Buna görə də mütəxəssislər ürək xəstələrində yuxusuzluq problemlərinin erkən mərhələdə aşkar və müalicə edilməsini vacib hesab edirlər.