Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərinin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynının bir hissəsi artıq hazırdır.

Elxeber.com “Report”a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi olan Vahid Hacıyev deyib.

"Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır", - deyə o, qeyd edib.