Bakıda “Ziraat Bank Azərbaycan” ASC-nin 7-cı filialı açılıb. Yeni filial Səməd Vurğun küçəsi 53 ünvanında (World Business Center) fəaliyyətə başlayıb.
Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Şimali Kipr Türkiyə Cümhuriyyəti Bakı Nümayəndəsi Mustafa Kamal Beyazbayram və Ziraat Bank Azərbaycan İdarə Heyətinin sədri Səlcuk Dəmirin də iştirak etdiyi mərasimdə bildirilib ki, filialın açılmasında əsas məqsəd ölkəmizin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla yanaşı, günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərmək üçün iş mərkəzlərinin və şirkətlərin sıx yerləşdiyi ərazilərdə Bankın əhatə dairəsini genişləndirməkdir.
Açılışda çıxış edən səfir Bağcı, Türkiyənin ən köklü bankının yeni filialını Bakıda açmaqdan xoşbəxt və qürurlu olduqlarını bildirib.
"Ziraat Bank"ın Azərbaycanın digər bölgələrində və şəhərlərində yeni filiallarını açmaq arzusunda olduqlarını bildirib.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Selçuk Dəmir bildirib ki, bank Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərir.
Dəmir, bu gün 7-ci filialını açdıqlarını və gələcəkdəNaxçıvan Muxtar Respublikası başda olmaqla, daha bir neçə filial açacaqlarını bildirib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə də inkişaf vəziyyətinə uyğun olaraq filiallar açmağı düşünürlər.