Azərbaycanda albinizm xəstəliyindən əziyyət çəkənlərin statistikası aparılmır.

Elxeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov deyib.

O bildirib ki, albinizm irsi xəstəlikdir: "Təxminən 17 min nəfərdən biri məhz bu xəstəliklə dünyaya göz açır. Albinos xəstəliyindən əziyyət çəkən insanların dərisi ultrabənövşəyi şüalara qarşı həssasdır. Bu səbəbdən onlarda dəri yanıqları və xərçəng xəstəliyinə yoluxma riski yüksəkdir. Albinizm xəstəsi insanların ailə qurmasında heç bir problem yoxdur”.

Mütəxəssis qeyd edib ki, albinizm patologiyasını bəzi hallarda hamiləlik dövründə müəyyən etmək mümkündür.  Belə ki, ailədə albinizmdən əziyyət çəkən varsa, valideynlərin birinin geni vasitəsilə hamiləlik vaxtı test aparıla bilər: "Əgər evli cütlüklərin biri albinizm daşıyıcı olarsa, uşağın albinos olması ehtimalı 25 faizdir”.