"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktor müavini Nəcəf Müseyibli İnstituta baş direktor seçilmədiyi üçün, Akademiyanı “kriminal” dolu bir məkan adlandırır". 

Elxeber.om-un məlumatına görə, bunu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri doktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktoru səhhətinə görə öz ərizəsi əsasında vəzifəsindən azad olunduqdan sonra direktor müavini Nəcəf Müseyibli bir ay müddətində institutda direktor vəzifəsini müvəqqəti icra edib: "AMEA Rəyasət Heyəti tərəfindən plana görə 5 illik audit yoxlaması ortaya çıxardı ki, institutun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin rəhbəri Qoşqar Qoşqarlı büdcədənkənar gəlirlərin hesabatının aparılması, bölüşdürülməsi və hətta büdcəyə əl uzadılması işlərini elmi işlər üzrə direktor müavininin iştirakı ilə edib. Ona görə də qeyd olunan səbəbdən onların hər ikisi öz ərizələri ilə tutduqları vəzifədən azad olundu. Bu iki nəfərin fəaliyyəti dövründə instituta vurduqları ziyan sadalansa, elmi işlər üzrə keçmiş direktor müavininin internet resursları vasitəsilə yaydığı şər və böhtanların haradan qaynaqlandığı məlum olar".