ABŞ prezidenti Co Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının tələbələri üçün keçirilən buraxılış mərasimində etdiyi çıxışdan sonra səhnədə müvazinətini itirərək yerə yıxılıb.

Tələbələrin, onların ailələrinin və hərbçilərin qatıldığı tədbirdə Bayden diplomunu tələbəyə verdikdən sonra kürsüsünə əyləşmək üçün yerinə keçmək istədiyi zaman səhnədə sürüşərək dizüstə çöküb.

Bayden cangüdənlərinin və Hərbi Hava Qüvvələri zabitinin köməyi ilə ayağa qalxıb.