Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib. Bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

Elxeber.com bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Belə ki, M.Mustafayeva lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb. Bu ilin avqustunda 4-cü quyunun  açılması üçün də vəsait göndərilib.
Qeyd olunub ki, Minurə Mustafayeva bu il avqustun 2-dən 8-dək Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.
Soydaşımız gördüyü işlər barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb.

Müsahibəni təqdim edirik: