Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı. Belə ki, bu gün Ağalıya dördüncü köç karvanı yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaq.
Elxeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan Rayon İcra Hakimiyyətinin Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi İlqar Mönsümov söyləyib.
O qeyd edib ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası Prezident İlham Əliyevin tapşırığına əsasən, Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin birləşməsi nəticəsində ərsəyə gəlib.
İlqar Mönsümov hazırda Ağalı kəndində insanların yaşaması üçün hər bir şərait yaradıldığını vurğulayıb.
"Avqustun əvvəlindən Ağalı kəndinə insanların köçürülməsinin ikinci mərhələsi başlayacaq",- deyə İ. Mönsümov əlavə edib.