Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) verdiyi məlumata görə, ümumilikdə 66 744 ərizə təsdiq edilib. I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə 10527 ərizə təsdiqlənib.

Müsabiqənin nəticələri 4-5 gün ərzində elan olunacaq.