Pakistanda musson yağışları və daşqınlar nəticəsində həlak olanların sayı min nəfəri ötüb.

Elxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, iyun ayından indiyədək musson yağışları nəticəsində yaranan daşqınlar 1033 nəfərin həyatına son qoyub.

Ötən gün daşqınlar nəticəsində 119 nəfər həlak olub.

Ölkənin şimal-qərbində, Xeyber-Paxtunxvada çaylarda güclü daşqınlar səbəbindən minlərlə insan evlərini tərk edib.