Mütəxəssislər baş dərisindəki ekzema və kəpək kimi problemlərə təbii həll yolu axtaranlar üçün alma sirkəsini tövsiyə edir. 

Elxeber.com Foodinfo.az-a istinadla xəbər verir ki, saç baxımında həm qidalandıran, həm də tonik rolunu oynayan alma sirkəsinin saçlar üçün bir çox faydası var. 

Saç dərisində ekzema, kəpək və qaşınma kimi problemlər ən çox görülən saç problemlərindəndir. Saç tökülməsi qədər tez-tez rast gəlinən bu saç problemi son dərəcə narahatedicidir. Baş dərinizdə qaşınma və ya ekzema varsa, bəzi təbii üsullarla onu yüngülləşdirə bilərsiniz.

Alma sirkəsi saç köklərini təmizləyir və onların nəfəs almasına şərait yaradır. Saçlara təbii parıltı verir. Alma sirkəsinin tərkibindəki sirkə turşusu sayəsində saçda pH səviyyəsini aşağı salmağa kömək edir.

Saçlar daha sağlam görünüş qazanır.Alma sirkəsi də məşhur dezinfeksiyaedicidir. Kiçik infeksiyalar və ya baş dərisində qaşınma kimi saç problemlərinə səbəb ola biləcək bakteriya və göbələkləri nəzarət altında saxlamağa kömək edir.

Saçınızın həmişə vitamin və minerallara ehtiyacı var. Alma sirkəsi saçlarınız üçün vitamin anbarı ola bilər.

Saçlarımızın da vitaminlərə ehtiyacı var. Çox yaxşı bir iltihab əleyhinə vasitə olan alma sirkəsi tərkibindəki C vitamini, B vitaminləri və digər minerallarla kəpəyin qarşısını almağa kömək edir.

Alma sirkəsi saçlarınızı canlı göstərir. Sürətli və güclü saç böyüməsini dəstəkləyir. Saç dibindəki yağ və kir kimi qalıqları təmizləyir. O, həmçinin baş dərisindəki qaşınmanı da aradan qaldırır. Saçları yumşaldır və pambıq kimi olmasına kömək edir.

Alma sirkəsini saçlarınıza çox asanlıqla çəkə bilərsiniz. Saç üçün təmizləyici tonik kimi fəaliyyət göstərən alma sirkəsi müntəzəm istifadədə baş dərisinin qaşınmasını tamamilə yox edir.

- Alma sirkəsini su ilə qarışdırın.

- Saçınızı şampunla yuyun.

- Hazırladığınız qarışığı təmiz saçlarınıza tökün.

- Əllərinizlə baş dərinizə yaxşıca masaj edin.

- 5 dəqiqə gözləyin. Durulayın.

Alma sirkəsinin saçda istifadə edilməsində məqsəd pH səviyyəsini tarazlaşdırmaq və bölgəni lazım olan vitaminlərlə qidalandırmaqdır. Bununla belə, tez-tez istifadə edilən və ya həssas baş dərisinə tətbiq olunan alma sirkəsi allergiyaya səbəb ola bilər. Bu baxımdan əvvəlcə az miqdarda sınamaq, hər hansı problemlə qarşılaşdıqda isə istifadəni dayandırmaq və mütəxəssislə məsləhətləşmək tövsiyə olunur.