Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
Elxeber.com xəbər verir ki, bununla bağlı AMEA-nın bu gün keçirilən ümumi yığıncağında qərar qəbul edilib.
Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev bu il fevralın 14-də istefa verib.
O, vəzifəsini yaşı ilə əlaqədar tərk etdiyini açıqlayıb.