“Araz Supermarket” MMC-nin dövlət qarşısında böyük həcmdə vergi borcunun yarandığı açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu il oktyabrın 29-na supermaketlər şəbəkəsinin vergi borcu 3 milyon 761 min 722.12 manata çatıb.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 7 milyon 55 min manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.

APA