Diasporla İş üzrə Dövlət Komitəsinin və İctimai Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yunanıstanın Saloniki şəhərində yerləşən Azərbaycan Evindən hazırlanıb. 

Rəşid Məmmədovun rəhbərlik etdiyi “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Evində Salonikidə və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz, eləcə də dost xalqların nümayəndələri tez-tez bir araya gəlir, Azərbaycanın milli bayramlarını, əlamətdar günləri birlikdə qeyd edir, Azərbaycan mədəniyyətini, tarixini və adət-ənənələrini təbliğ edir, ölkəmizlə bağlı xoş xatirələrini bölüşürlər. 

Qeyd edək ki, Saloniki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğulduğu şəhərdir. 

Elxeber.com proqramı təqdim edir.