Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İmkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə təşəbbüs” adlı layihəsini yekunlaşdırıb. 

3 ay müddətində həyata keçirilən layihədə Bakıxanov qəsəbəsindən olan imkansız, yaşlı, tənha, xəstə və  əlilliyi olan bir çox şəxsin sosial problemlərinin yaxşılaşdırılması məqsədi ilə onlara hüquqi, sosial, və mənəvi dəstək verilib. 

Qeyd olunan kateqoriyadan olan 40 nəfər şəxsə mənəvi dəstək olmaq  məqsədi ilə Furqan ailəvi istirahət mərkəzində 2 dəfə yemək və çay süfrəsi arxasında görüş keçirilib. Görüşlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, QHT sədrləri, Sabunçu rayonunun ictimaiyyət nümayəndələri, bələdiyyə sədri və digər şəxslər də iştitak ediblər. Həmin görüşlərdə AMXXİB-nin sədri Kübra Babayeva 40 nəfər imkansız şəxsə öz hesabına ərzaq sovqatları paylayıb.

Layihə çərçivəsində hüquqşünas tərəfindən 35 nəfər yataq xəstəsi, əlilliyi olan və tənha yaşayan şəxsə sosil problemlərinə dəstək olmaq məqsədi ilə hüquqi  yardım göstərib.  

Dəfələrlə ictimai birliyin ofisində hüquqşünas və ekspertin iştirakı ilə imkansız və ahıl şəxslərin sosail problemlərinin həlli məqsədilə onlarla görüşlər və  dəyirmi masalar keçirilib. 

Bundan əlavə Zəfər Günü ərəfəsində, 5 noyabr 2022-ci il tarixində Kübra Bababyeva xəstə, aztəminatlı, ahıl, əlil şəxsləri, həmçinin şəhid və qazi ailələrindən olan uşaqları tibbi müayinədən keçirtmək üçün ictimai birliyin ofisində aksiya təşkil edib. 

Aksiyada Novomed Tibb Mərkəzinin baş həkimi, 11 saylı poliklinikanın və 13 saylı təcili yardım stansiyasının həkimləri, Tibb Universitetinin cərrahiyyə korpusunun həkimləri Rəşid Əmrahov, kardioloq Vüsalə Mustafayeva, dermatoloq Qulu Əbülfəzov, terapevtlər Məriyyət Əliyeva, Natella Kərimova, pediatr Mehriban Eynalova, nevropatoloq Leyli Dəmirçiyeva, radioloq Sevil Yaqubova, ortoped Şəmsəddin Xudaverdiyev, oftalmoloqlar Ziba Quliyeva və  Aysel Qəlbinur, tibb bacıları Vüsalə Babaşova və Reyhan Xəlilova iştirak ediblər. 

Aksiya zamanı ümumillikdə 32 nəfər tibbi müayinədən keçirilərək, xəstəlikləri müəyyən edilib, onlara müalicə kursları təyin edilib.