Tələbələrə avtobuslarda, metroda, hava limanlarında müxtəlif güzəştlərin tətbiqinin  büdcədə nəzərə alınmasını təklif edirəm".

Elxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cəbi Quliyev deyib.

Deputat bildirib ki, Naxçıvanda yerləşən təhsil müəssisələrində təhsil alan gənclərimizi bu məsələ xüsusilə maraqlandırır:"Ölkəmizin müxtəlif bölgələrindən olan yüzlərlə gənc Naxçıvanda təhsil alır. Eyni zamanda, hər il Naxçıvandan yüzlərlə gənc ölkəmizin müxtəlif yerlərində baş tutan layihələrdə iştirak etmək üçün hava yollarının xidmətindən istifadə edir. Bu gün tələbələr üçün hava nəqliyyatından istifadə ilə bağlı güzəştlər nəzərdə tutulub. Lakin imkan olarsa, bu güzəştin miqdarının artırılması Naxçıvanda yaşayan, təhsil alan tələbələri sevindirmiş olar".