Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Elxeber.com xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.
Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.