Martın 31-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində insan ölümü ilə nəticələnən hadisə baş verib.
Elxeber.com xəbər verir ki, Nehrəm qəsəbəsinin 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin uçması nəticəsində fəhlə işləyən 4 nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycan Təhsil Nazirliyindən açıqlanan məlumata görə, məktəb təxminən bir ay öncə təmirə dayandırılıb. Məktəbin şagirdlər isə müvəqqəti olaraq, Nehrəm kənd 1 saylı məktəbinə göndərilib.
Hadisənin səbəbləri araşdırılır.