Azərbaycanda elmi işçilərin 56 faizi, fəlsəfə doktorlarının 51 faizi, elmlər doktorlarının 46 faizi, ali təhsil ocaqlarında və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təhsil almış magistrlərin 54 faizindən çoxu, eləcə də Akademiya əməkdaşlarının 60 faizi qadınlardır.
Elxeber.com xəbər verir ki, bu barədə açıqlamanı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova verib.
O qeyd edib ki, ölkəmizdə cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olan elm və texnologiyalar üzrə təhsil alanların 40 faizi qızlardır, halbuki dünyada bu rəqəm 35 faizdən yuxarı deyildir, əksər ölkələrdə isə 5 faizi keçmir.