Azərbaycanda Qurban bayramı iyulun 9-10-da qeyd olunacaq.

Elxeber.com xəbər verir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində hicri-qəməri təqviminin təyin edilməsi məqsədilə Ayın Azərbaycan üfüqündə təzələnməsi vaxtını təqdim edib.

Rəsədxanadan bildirilib ki, iyunun 29-da (Qəməri təqvimlə Zilhiccə ayının 1-i) Ay təzələnib və aydın səma şəraitində Ayın hilalı adi gözlə müşahidə edilib.

Ayın təzələnmə qrafikinə əsasən, Qurban bayramı iyul ayının 9-na (Zilhiccə ayının 10-na) təsadüf edəcək.