Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Elxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il aprelin 2-si saat 06:00-dək uzadılıb.

Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.