Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası Azərbaycanda yaz fəslinin başlayacağı vaxtı açıqlayıb. 2022-ci ildə Azərbaycanda yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 19.33.23-dən başlayır.

BDU-dan Elxeber.com-a bildirilib ki, həmin tarixdə gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəsli  92 gün, 17 saat, 40 dəqiqə davam edəcək.

Qeyd edək ki, təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günüdür.