Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Elxeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.