Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən Bakı Mühəndislik Universitetinin qarşısında yerləşən avtobus dayanacağından fotolar.

Həsən Əliyev küçəsi 120 ünvanında yerləşən bu dayanacaqdan əsasən tələbələr və avtobus sürücüləri istifadə edir.

Qeyd edək ki, dayanacaq o qədər natəmizdir ki, tələbələr kənarda durub gözləməyi üstün tutur.