İlin əvvəlindən ölkə əhalisinin sayı 42 min 274 nəfər və ya 0,4 faiz artıb. Belə ki, sentyabrın 1-nə olan məlumata görə, əhalinin sayı 10 milyon 198 min 640 nəfərə çatıb.

Elxeber.com Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib. Kişilərlə qadınların xüsusi çəkiləri isə eyni olub.