Naxçıvan şəhəri üzərində davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən dekabrın 18-i "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün reysləri təxirə salınıb.
Elxeber.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidməti məlumat yayıb.
AZAL-dan bildirilib ki, sərnişinlər uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrindən və kütləvi informasiya vasitələrindən əldə edə bilərlər.
“Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, -deyə məlumatda əlavə edilib.
***
Qeyd edək ki, Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
Qeyd olunub ki, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.