Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kanada Xarici İşlər Nazirliyinin qərəzli bəyanatını qəti şəkildə rədd etdiklərini açıqlayıb.
Elxeber.com xəbər verir ki, XİN bu barədə tviter hesabında bəyanat paylaşıb.
Belə ki, Kanada XİN növbəti dəfə Ermənistanı müdafiə edən bəyanat yayıb.
Azərbaycan XİN isə öz növbəsində vurğulayıb ki, Kanada Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmaqla sülh prosesinə daha yaxşı kömək edə bilər.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli dəfələrlə Ermənistana açıq şəkildə dəstək verib.