Bakı Dəmir Yolu Vağzalı - 11 saylı məktəb istiqamətində 27 nömrəli yeni müntəzəm marşrut xətti açılıb.
Bakı Nəqliyyat Agentliyindən Elxeber.com-a verilən məlumata görə, marşrut martın 21-dən fəaliyyətə başlayıb. Belə ki, dəyişiklikdən sonra vətəndaşların Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda "Çermet" adlanan yaşayış massivindən əlavə ödəniş etmədən birbaşa “28 May” metro stansiyası istiqamətində gedişləri mümkün olacaq.
Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmir Yolu Vağzalı) müəyyənləşdirilib.