Bakı Dövlət Universiteti (BDU) səs yazısı yayılan müəllim Sədaqət Əhmədova ilə bağlı açıqlama yayıb.
Universitetdən verilən açıqlamaya görə, onun əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.
Müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.
O, səs yazısında deyib ki, imtahandan kəsilən tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.