“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması” adlı layihəsini bitirib.

Bu barədə Elxeber.com-a məlumat verən Birliyin sədri Esmira Orucova bildirib ki, 3 ay davam edən layihənin icrası çərçivəsində hazırlanan hesabatda Birinci Qarabağ Müharibəsi zamanı günahsız müharibə qurbanları olan girov götürülmüş mülki əhaliyə – qadınlara, uşaqlara, yaşlılara, eyni zamanda hərbi əsirlərə qarşı erməni əsir-girovluğunda tətbiq edilmiş işgəncə faktları qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına əsasən tədqiq edilib.
Müharibə ərəfəsində Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların və Fərqanə hadisələri zamanı Özbəkistandan ölkəmizə pənah gətirmiş Ahıska türklərinin erməni əsir-girovluğunda başlarına gətirilən müsibətlər ayrıca bölmədə əks olunub.
Ermәnistanın Azәrbaycana vә azәrbaycanlılara qarşı ekspansiv vә tәcavüzkar siyasәtinin yalnız ölkəmiz üçün deyil, bütövlükdә region vә dünya üçün ciddi tәhlükә yaratdığını özündə ehtiva edən hesabat ingilis dilinə tərcümə olunub.
8 bölmədən ibarət 66 səhifə həcmində hesabat əsir-girov götürdükləri şəxslərə qarşı tətbiq etdikləri cinayәtlәrin tәkrarlanmaması vә bәşәri әdalәtin tәmin edilmәsi üçün azәrbaycanlılara münasibәtdә insanlığa qarşı müharibә cinayәtlәrini törәdmiş erməni cinayətkarlarının mәsuliyyәtdәn kәnarda qalmamaları üçün onların beynәlxalq hüququn müәyyәn etdiyi çərçivədə cәzalandırılması, əsir və girovluqda vəhşicəsinə qətlə yetirilib, izlərin itirilməsi məqsədi ilə kütləvi şəkildə basdırılmış, bu günə kimi itkin hesab olunan Azərbaycan Respublikası vətəndaşlarının taleyinə aydınlıq gətirmək üçün kütləvi məzarlıqların yerlərini aşkar etməkdə sәlahiyyәtlәri daxilindә mövcud olan bütün imkanlardan istifadә etməklə, Ermәnistan Respublikasının hәrbi-siyasi rәhbәrliyindən tələb etmək məqsədi ilə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinə göndərilib.
Hesabat ictimai birlik tərəfindən BMT-nin İnsan Haqları Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT Baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərinə, BMT-nin İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoruna, BMT Baş katibinin uşaqlar və silahlı münaqişlər üzrə xüsusi nümayəndəsinə, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna, ATƏT-in fəaliyyətdə olan sədrinə, Avropa Komissiyası yanında İnsan Haqları üzrə xüsusi nümayəndəyə, Beynəlxalq Sülh Bürosuna, ümumilikdə 36 təşkilata göndərilib.