Azərbaycanda bu gündən etibarən əhalidən tibbi maska taxmaq tələb olunmayacaq.
Elxəbər.com xəbər verir ki, Baş nazir Əli Əsədovun aprelin 22-də imzaladığı qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv edilib.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və ölkənin təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə olunur.
Həmçinin Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.