Efiopiyada 500 minə yaxın müsəlman paytaxt Əddis-Əbəbənin küçələrində birgə iftar edib.
Türkiyə mətbuatının yazdığına görə, iftarda müsəlman liderləri və dövlət rəsmiləri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlar da iştirak ediblər.
Ölkənin şimalındakı Qondar şəhərində müsəlmanları hədəf alan hücumlardan 3 gün sonra təşkil edilən iftar proqramında şimaldakı xalqa dəstək şüarları səsləndirilib.
Ölkənin aparıcı şəxslərindən olan Əbubəkr Əhməd müsəlmanların ölkədə layiq olduqları yeri ala bilmədiklərini açıqlayıb. O, son günlərdə baş verən dəhşətli hücumların bunun bariz nümunəsi olduğuna diqqət çəkib.
İftar proqramının təşkilatçıları mərasimə təxminən 500 min insanın toplaşdığını və bu süfrənin ölkədəki İslam əleyhinə hücumlara cavab olduğunu vurğulayıblar.