Türkiyənin “Habertürk” telekanalının jurnalisti Muharrem Sarıkayanın canlı efirdə səs problemi yaranıb və “İhlas” xəbər agentliyinin müxbiri Ahmet Demir mikrofon bağlantısını qurmaq üçün masaya yaxınlaşıb.
Müxbiri görən M.Sarıkaya əsəblərinə hakim ola bilməyərək Ahmet Demirə şillə vurub.
O,  tvitter hesabında etdiyi paylaşımda efirdən sonra Ahmet Demirdən üzr istədiyini bildirib. M. Sarıkaya qeyd edib ki, canlı yayımda tez-tez texniki problemin yaranması onu əsəbiləşdirib.
Ahmet Demir yaşanan hadisənin ona pis təsir etdiyini və məsələ ilə bağlı dekabrın 21-i məhkəməyə müraciət edəcəyini deyib.

Qeyd edək ki, Muharrem Sarıkaya Qaziantep şəhərinin azad olunmasının 100-cü ildönümü münasibətilə şəhərə yollanıb və şəhərin bələdiyyə sədri Fatma Şahini verilişinə dəvət edib.
Həmin kadrları təqdim edirik. Yeniavaz.com