Türkiyənin “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan orbitə göndərilib.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 dərəcə Şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumatı ötürmək qabiliyyətini 15 dəfədən çox artıracaq.
Qeyd edək ki, "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketi ilə orbitə çıxarılan peyk, sayca “TürkSAT A.Ş.”ə məxsus 5-ci peykdir.