Südlü çay insanlar tərəfindən sevilən içkilərdəndir. Xüsusilə, Böyük Britaniyada çox yayılmış bir içki növüdür. Südlü çay insanı canlandırır və enerji verir. 

Südlü çayın faydaları və nə üçün İngiltərənin simvoluna çevrilməsi ilə bağlı materialı təqdim edirik.

İngiltərədə bu içki hər gün və çoxlu miqdarda içilir. Hətta bəzi kiçik ingilis kafelərində ofisiantlar heç soruşmadan sizin südünüzə çay qatacaqlar.

Bu ənənə haradan gəlib? İngilislərin südlə çay içməsinin iki versiyası var: romantik və realist.

Romantik versiyada deyilir ki, ingilis zadəganları qaynar su ilə doldurulmuş zərif çini fincanlarda çay içirmişlər.Buna görə də, çaya süd qatmaqla çini qabı çatlamaqdan və qaralmaqdan qoruduqları iddia edilir. Lakin bu versiya inandırıcı deyil, çünki çinlilərin özləri min illərdir ki, çini qablardan çay içirlər və bu qablar onlarda çatlamır.

Real versiya ingilislərin südlə çay içməsinin başqa bir səbəbini göstərir. Məsələ burasındadır ki, çay Britaniyaya ilk dəfə gətirilməyə başlayanda o, adaya dəniz yolu ilə gəlib və hermetik şəkildə bağlanmayıb. Uzun səfər zamanı çay rütubətlənmiş və keyfiyyəti aşağı düşmüş olurdu. İngiltərədə su da keyfiyyətsiz idi.

Ona görə də, içkini heç olmasa dadlı etmək üçün onu südlı dadlandırırdılar. Süd ləzzət artırıcı kimi istifadə olunurdu. Həqiqətən də, bir çox insanlar südün əlavə edildiyi qəhvə və kakaonun dadının daha yaxşı olması ilə razılaşacaqlar. Yəqin ki, bu içkinin dadı ingilislər tərəfindən o qədər sevilib ki, bu gün də İngiltərədə südlü çay içilir.

Südlü çayın faydaları və zərərləri

Bu içkini sevənləri təkcə südlü çayın dadı cəlb etmir, orqanizm üçün faydaları da vardır. Südlü çayda çoxlu miqdarda faydalı maddələr var. Bunlar fosfor, maqnezium, kalium, dəmir, C, PP, B qrupu vitaminləri. Bu içki asanlıqla həzm olunur və aclıq hissini yox edir. Yüngül sidikqovucu təsirə malikdir və şişkinliyi aradan qaldırmağa kömək edir.

Südlü çayın faydalı olmasının başqa bir səbəbi də südün tərkibindəki kalsiumun sümüklərə və qan damarlarına xeyridir. Həmçinin, bu içki zəhərlənmədən və soyuqdəymədən sonra, orqanizm bərk qidaları həzm etməkdən imtina etdikdə bədənin gücünü bərpa etməkdə gözəl vasitədir.

Südlü çay ilk növbədə laktoza dözümsüzlüyü olan insanlar üçün zərərlidir. Həmçinin sidikqovucu xüsusiyyətinə görə bu içkini uzun səfərlərdən əvvəl içmək məsləhət görülmür. Tez-tez mədə yanmasından əziyyət çəkirsinizsə, bundan qaçınmalısınız.

İngilislərin içdiyi südlü çayı hazırlamaq çox asandır. İsti çayı bir neçə qaşıq soyuq südlə qarışdırın, sonra dadmaq üçün şəkər əlavə edin.

Südlü çayın dişlərə də çox böyük faydası var.

Belə ki, çay qəhvədən sonra dünyada ən çox istifadə olunan içkidir. Çay dişlərin rənginə güclü təsir edir. İçki nə qədər çox dəm alıb oksidləşsə, onun boyayıcı xüsusiyyətləri bir o qədər yüksək olur. Kanadanın Alberta Universiteti nəzdində stomatologiya məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, süd qatılmış çay bu içkinin dişlərin rəngini dəyişmək xüsusiyyətini zəiflədir.

Südün tərkibindəki əsas zülal olan kazein çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri (suda həll olan birləşmələr) əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. Eksperiment zamanı dişlər 24 saat müddətinə 37˚C temperaturda adi çay və südlü çay məhlullarının içinə qoyulub. Sonra yenə də rəngləri qeydə alınıb. Nəticələr göstərib ki, südün tərkibindəki kazein çayın boyama xüsusiyyətini zəiflədib.