Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisini "Böyük Fələstin mitinqi"nə dəvət edib.
Bu barədə Türkiyə Prezidenti rəsmi internet səhifəsində paylaşım edib.
"İsrailin dünən gecədən etibarən Qəzzaya qarşı getdikcə artan bombardmanları yenidən qadınları, uşaqları və günahsız mülki insanları hədəf aldı və humanitar böhranı dərinləşdirdi. İsrail dərhal hücumlarını dayandırmalıdır. Butün qardaşlarımızı bu gün Atatürk Hava Limanında keçiriləcək "Böyük Fələstin mitinqi"nə dəvət edirəm'',-deyə Türkiyə Prezidenti qeyd edib.
Qeyd edək ki, İsrailin Qəzzada törətdiyi qırğınlara etiraz etmək üçün bu gün İstanbul Atatürk Hava Limanında "Böyük Fələstin mitinqi" keçiriləcək. Mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Xalq Alyansındakı partiya sədrlərinin də qatılacağı mitinqdə xarici sənətçilər də iştirak edəcək.