Cənubi Afrika Respublikasının cənub-şərqində yerləşən Kvazulu-Natal əyalətində daşqın nəticəsində ölənlərin sayı 400 nəfəri ötüb.

Türkiyə mətbuatının yazdığına görə, daşqın nəticəsində təxminən 50 nəfər itkin düşüb.

Ölkə ərazisində aprelin 8-dən başlayan qasırğadan daha çox zərər çəkən ərazi Kvazulu-Nataldır. Orada 4 min inzibati və yaşayış binası tamamilə dağılıb.

Proqnozlara görə, leysan yağışlar aprelin 19-dək davam edəcək.

Ölkənin dörd əyalətində yüksək daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.