"Almaniyalı xanım nazir çıxışı zamanı Azərbaycanın suverən ərazisinin adlarına paralel adlar səsləndirdi".

Elxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, suverən ölkənin coğrafi adlarına qarşı hörmətsizlikdir:

“Xanım nazir Şuşa və Xankəndi adlarını separatçı rejimin adı ilə səsləndirib. Beynəlxalq hüquqa hörmət etmək lazımdır. Hər suverən ölkənin coğrafi adlarını BMT-də qəbul edildiyi kimi səsləndirmək düzgündür".