Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) yeni sədr seçilib. 

Müxalifət qüvvələrinin yeni lideri Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub.

Keçmiş sədr Kamal Kılıçdaroğlu 13 ildən sonra Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib.

İkincu tura qalan seçimdə Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.

Qeyd edək ki, CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.