Keçmiş məcburi köçkünlərin yenidən qurulan Füzuli şəhərinə qayıdışı davam edir.

Elxeber.com xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin ediləcək.